26 iyun 2024 16:55
184

Zaxarova: Rusiya gürcü siyasətçilərin təşəbbüslərini alqışlayır

Moskva gürcü siyasətçilərin Rusiya ilə əlaqələri bərpa etmək təşəbbüsünü alqışlayır və diplomatik münasibətlərin bərpası yolu ilə getməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, Gürcüstanın Sülh Naminə Həmrəylik Partiyasının nümayəndələri Putinə müraciət edərək, Gürcüstan vətəndaşları üçün viza rejimini tamamilə ləğv etmək, habelə viza rejimi yumşaldılana qədər Rusiyada qalma qaydalarını pozmağa məcbur olmuş şəxslərə amnistiya elan edilməsini, həmçinin Rusiya Federasiyasında Gürcüstan vətəndaşlarının məşğulluq qaydalarının yüngülləşdirilməsini xahiş ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”