Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,9 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 % artıb, son 1 ildə isə 7,1 % azalıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət mayın 1-nə 1,8 %, ilin əvvəlinə 1,8 %, 2-23-cü ilin iyunun 1-nə isə 2,3 % olub.
Hesabat dövrünə ümumi kredir portfelinin həcmi il ərzində 24,5 % artaraq 26 milyard 498,3 milyon manat təşkil edib.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib