Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən "Baku ID" (Baku İnvestment Day) festivalında deyib.
“Biz olduqca cəlbedici investisiya layihələri təqdim edə bilərik. Daha çox investisiya və ideya cəlb etməliyik”, - o bildirib.
M.Cabbarov həmçinin vurğulayıb ki, Azərbaycan hazırda “yaşıl enerji” sahəsində regionun liderinə çevrilir: “Bu, Azərbaycan torpaqların işğaldan azad olunması və yeni kontekstlə - regionun “yaşıl zona”ya çevrilməsi ilə bağlıdır”.
Nazirin sözlərinə görə, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpüdür.
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib