“Azərbaycanda səfərdə olan və yaşayan İran vətəndaşlarına iyunun 28-də keçirilmiş prezident seçkilərində iştirak üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.
“İki sahil” xəbər verir ki, bu fikir İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd olunub ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda seçicilər fəal iştirak ediblər.
“Səfirliklə əməkdaşlıq edərək iranlı seçicilərin seçkilərdə iştirakı üçün yaratdığı imkanlara görə Azərbaycana dərin təşəkkürümüzü bildiririk”-Bəyanatda bildirilib.
Bəyanatda nəzərə çatdırılıb ki, prezident seçkilərinin ikinci turunda səsvermə iyulun 5-də saat 8:00 başlayacaq və saat 18:00-a kimi davam edəcək.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB