Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətinin növbəti iclasında baxılacaq.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə deputat, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında növbədənkənar Parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub, partiyanın Mərkəzi və yerli qərargahları formalaşıb.
O vurğulayıb ki, iclasda həmçinin partiyanın növbədənkənar Parlament seçkilərində səlahiyyətli nümayəndələri müəyyənləşib. “Yəqin ki, partiyanın namizədlərinin irəli sürülməsi və namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq. Namizədlərin siyahısına gəlincə, bu barədə hələlik ilkin məlumat yoxdur".
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB