15 iyul 2024 13:09
403

Hava nəqliyyatı ilə sərnişindaşımalar 45%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 784,3 min və ya 44,7% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, yanvar-iyun aylarında bu nəqliyyat növü ilə yükdaşıma 16,6% artaraq 197,5 min ton olub.