23 iyul 2024 17:21
550

“Patriot Park”da aparılan istintaq hərəkətləri İvanovun işi ilə bağlı deyil - TASS

“Patriot Park”da aparılan istintaq hərəkətləri rüşvətxorluqda ittiham olunan Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun işi ilə bağlı deyil.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Hazırda aparılan istintaq hərəkətləri İvanovun işi ilə bağlı deyil", - agentlik qeyd edib.

Bundan əvvəl “Patriot Park”da istintaq hərəkətlərinin aparıldığı və sənədlərin götürüldüyü barədə məlumatlar yayılıb. Bir sıra Telegram kanalları bunu Timur İvanovun işi ilə əlaqələndirib.

Məlum olduğu kimi, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Timur İvanov istintaqla sövdələşmədən imtina edib.