29 iyul 2024 15:59
680

“Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib

Azərbaycanda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı olub.

“İki sahil” xəbər verir ki, təqdimatı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi "Əmlakın qeydiyyatı və icarəsi" işçi qrupunun iclasında baş tutub.

İclasda dövlət və özəl sektor nümayəndələri iştirak edib. İndikatorla bağlı təkmilləşdirmə işlərinin aparılması, kommunikasiyanın həyata keçirilməsi nəzərdə tutulur.