BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ADA Universitetində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib ki, avqustun 6-dan 9-dək təşkil olunacaq düşərgə beynəlxalq müəllimləri iqlim dəyişikliyi ilə bağlı məsələləri öz tədris proqramlarına daxil etmək üçün ruhlandıracaq.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir