Dövlət Gömrük Komitəsinin əməkdaşları Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.
“İki sahil” Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan ümumilikdə 10 min 100 həbdən ibarət 5 adda dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Azər Əmiraslanov: İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir