Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin 4-cü iclasında təşkilatın qlobal arenada önəmli güc mərkəzinə çevrilməsi istiqamətində strateji tərəfdaş və müttəfiq olan ölkələr arasında dinamik inkişaf edən enerji əməkdaşlığı və birgə həyata keçiriləcək regional enerji layihələrinin rolu müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
““Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerj dəhlizləri layihələrini türk dövlətlərinin enerji tərəfdaşlığı və Avrasiyada enerji keçidi müstəvisində dəyərləndirdik”, - paylaşımda qeyd olunur.
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Azər Əmiraslanov: İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir