Azərbaycan Türkiyə, İtaliya, Argentina, Uruqvay və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı sahəsində birgə elmi araşdırmaların aparılmasını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov X sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Braziliyada keçirilən G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində Türkiyə, İtaliya, Argentina, Uruqvay və Səudiyyə Ərəbistanının kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivlər, ölkələrarası ticarət dövriyyəsinin artırılması və birgə elmi araşdırmaların aparılması müzakirə olunub.
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Azər Əmiraslanov: İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir