16 sentyabr 2024 16:15
467

Pakistandan Azərbaycana turist axını 51% artıb

2024-cü ilin yanvar-iyun aylarında Pakistandan Azərbaycana gələn turistlərin sayı 51 % artaraq 40 mini ötüb.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

"İki ölkə arasındakı turizm əməkdaşlığını inkişaf etdirmək üçün potensial var. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İslamabad, Karaçi və Lahora həftədə 2 dəfə mütəmadi uçuşlar həyata keçirir".