COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hartla COP29 üzrə ortaq məqsədləri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib. “COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev 50 gündən az müddətdə Bakıda keçiriləcək konfransadək COP29 üzrə ortaq məqsədləri və ortaq səyləri müzakirə etmək üçün BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hartla görüşüb”, – paylaşımda qeyd olunub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir