Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bəyan edib.
"Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə ADY-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda qeyd olunub.
Nyu-Yorkda “Orta Dəhliz boyunca bağlantı, maliyyə və enerji” mövzusunda 7-ci Xəzər Biznes-Forumu keçirilib
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib