2015-ci ildən bu il oktyabrın 1-nə qədər Azərbaycanda sənaye zonalarından 14,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında isə sənaye zonalarından 2,4 milyard manatlıq satış həyata keçirilib. Bunun da 0,8 milyard manatlıq hissəsi ixracın payına düşüb.
Ölkənin sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib.
Nyu-Yorkda “Orta Dəhliz boyunca bağlantı, maliyyə və enerji” mövzusunda 7-ci Xəzər Biznes-Forumu keçirilib
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib