Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanılıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.
Nyu-Yorkda “Orta Dəhliz boyunca bağlantı, maliyyə və enerji” mövzusunda 7-ci Xəzər Biznes-Forumu keçirilib
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib