Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"BOKT-larda hesab açmadan pul köçürmələrinin həyata keçirilməsi və valyuta mübadiləsinin aparılması imkanlarına baxılır", - deyə o qeyd edib.
Nyu-Yorkda “Orta Dəhliz boyunca bağlantı, maliyyə və enerji” mövzusunda 7-ci Xəzər Biznes-Forumu keçirilib
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib