Azərbaycanda ümumi karbon emissiyalarının 15%-i nəqliyyat sektorunun payına düşür.
“İki sahil” xəbər verir ki, bu barədə "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində çıxışı zamanı COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, nəqliyyat sektorunda karbon emissiyalarının 92%-i yerüstü nəqliyyatın payına düşür.
Elnur Məmmədov onu da qeyd edib ki, nəqliyyat sektoru üzrə karbon emissiyalarının 5%-i hava nəqliyyatı, 2%-i dəniz və cəmi 1%-i dəmir yolu nəqliyyatının üzərinə düşür.
Nazir müavini onu da əlavə etdi ki, 2022-ci ildə Azərbaycanda karbon emissiyalarının həcmi 61 mln ton təşkil edib.
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib