23 oktyabr 2024 13:43
392

“ACWA Power” külək elektrik stansiyasında quraşdırılacaq turbinlərin pərlərini Azərbaycana gətirib

Bakı Gəmiqayırma Zavoduna Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək yeni nəsil külək elektrik stansiyasında quraşdırılacaq turbinlərin pərlərini gətirilib.

“İki sahil” xəbər verir ki, artıq bu pərlər zavodun müvəqqəti anbar ərazisinə boşaldılıb, sabah isə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına (KES) quraşdırılması üçün daşınacaq.

Xatırladaq ki, avqust ayının sonunda “ACWA Power”in Azərbaycana inşa olunacaq yeni nəsil külək turbinləri gətirilmişdi.

Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır.