Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Şurasının 28-ci Toplantısında təmsil olunub.
Bu barədə “İki sahil”ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.
IRENA Şurasının 28-ci Toplantısında ölkəmizi Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov iştirak edib.
Tədbirdə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə hədəfləri və həyata keçirilən layihələri, o cümlədən dənizdə külək və yaşıl enerji zonalarının inkişafı barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan IRENA Şurasının üzvüdür.
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib