Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti illik toplantılar çərçivəsində Dünya Bankının (DB) Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə görüşüb.
AMB-dan "İki sahil"ə bildirilib ki, görüş zamanı Azərbaycanla DB arasında əməkdaşlıq prioritetləri, COP29 çərçivəsində görüləcək işlər, gündəlikdə olan mühüm təşəbbüslər və DB-nin bu istiqamətdə potensial dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.