İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.10.2024 - 03.11.2024) açıqlanıb.
ANAMA-dan "İki sahil"ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 164 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 7421 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2 270,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb
Suriyadan repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib