İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın kirayə müqaviləsi bağlanılıb.
“İki sahil” xəbər verir ki, bunu keçirilən mediatur zamanı İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.
O bildirib ki, mexanizmdən yararlananların təxminən 70%-i gənclərdir.
Ümumilikdə isə əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib.
Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib