Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ayla müqayisədə 3,6% və ya 403,9 mln. dollar azalaraq 10 milyard 967,8 milyon ABŞ dollarına enib.
"İki sahil" AMB-yə istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 5,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 3,3% artıb.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sentyabr ayında pik həddə çatıb və 11 milyard 795,8 milyon dollara bərabər olub. Bundan sonra isə AMB dövlət ehtiyacları nəzərə alınmaqla valyuta satışını artıracağını açıqlayıb.
Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib