Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da əmtəə və xidmətlərin 35,5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları 7,3 % artıb.
AMB-nin məlumatına görə, hazırda valyuta ehtiyatları manatla pul kütləsi göstəricisindən (M2 pul aqreqatı) 3,5 dəfə çoxdur.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub