Bu ilin yanvar-oktyabr aylarında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstəriş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli öz "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəənişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb", - deyə M.Abbasbəyli qeyd edib.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri