2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454.6 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 440.9 milyon manata bərabər olub.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 30% və ya 621.8 milyon manat, banklardan xaricə köçürmələr isə 14.7% və ya 76 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 76.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manat təşkil edib.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub