Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 59,3 manat təşkil edir.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 6-sı, saat 10:05-ə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər.
Təkliflərə eyni gündə, saat 10:05-də qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, Agentlik 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün "SR Audit Solutions" MMC-ni seçmişdi.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri