Azərbaycan və Türkiyə arasında rəqəmsal bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin üzvləri Toğrul Əliyev və Vüsal Xəlilov Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədr müavini Mustafa Aydın ilə görüş keçirib. Görüşdə iki ölkədə maliyyə sektorunun inkişaf trendləri, tənzimləyici və nəzarət çərçivəsində texnoloji həllərdən istifadə imkanları, eləcə də rəqəmsal bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib