Belarus tərəfi Azərbaycan ərazisindən keçməklə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Türkiyəyə, eləcə də Şimal-Cənub marşrutu ilə İrana yüklərin göndərilməsində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Bakıda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının (BDY) sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə qeyd edilib.
Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi üçün bu ilin oktyabrında Rusiya Dəmir Yollarının da iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə müzakirə edilmiş tarif siyasəti, daşıma texnologiyaları və rəqəmsallaşma barədə danışıqların davam etdirilməsi razılaşdırılıb.
Görüş zamanı həmçinin ADY-nin vaqon parkının Belarus istehsalı olan hərəkət tərkibləri ilə genişləndirilməsi barədə danışıqlar aparılıb. Hər iki tərəf universal, qapalı və sistern tipli vaqonların Azərbaycana tədarükü imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib.
Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi, iki ölkə arasında müntəzəm yükdaşımaların təşkili, o cümlədən konteyner qatarlarla yüklərin göndərilməsi barədə fikir mübadiləsi aparılıb.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri