Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 7,6 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
"İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, təkcə Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında isə müvafiq olaraq 64 % və 33 % artım qeydə alınıb.
2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib