2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 milyard 155 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 27 milyard 650 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 49 milyard 332 milyon manatı elektron ticarət vasitəsi ilə, 33 milyard 110 milyon manatı bankomatlar vasitəsi ilə, 10 milyard 205 milyon manatı POS-terminallar vasitəsi ilə, 67 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 441 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib