Azərbaycanda müasir tələblərə cavab verən yeni sınaq laboratoriyalarının yaradılması müzakirə olunub.
"İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha bir görüş keçirib. Görüşdə texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni sınaq laboratoriyalarının yaradılması və onların maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, eləcə də uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya olunmuş müstəqil sınaq laboratoriyalarının 100-dən çox təmsilçisi iştirak edib. Görüş zamanı laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələri və gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib