Xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı məqsədilə “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Baku Snow Sport şirkətinin dəstəyi ilə yeni marifləndirici layihəyə start verilib.
“İki sahil” xəbər verir ki, layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanış etməkdir.
Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilib.
Görüş zamanı 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.
Layihə çərçivəsində 2025-ci il ərzində 20-dən artıq universitetdə tələbələrlə bu formatlı görüşlərin keçirilməsi nəzərdə tutulub.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib