"Müstəmləkəçiliyə qarşı yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizənin tərəfdarıyıq".
“İki sahil” xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunan beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu indiyədək müstəmləkəçiliklə mübarizə istiqamətində yerli və beynəlxalq səviyyədə müxtəlif konfrans və digər xarakterli tədbirlər həyata keçirib.
"Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq təşkilatlara Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ağır sosial-iqtisadi şəraitdə yaşadığı ilə bağlı vaxtaşırı məlumatlar göndərir. Eyni zamanda, biz indiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq".
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA