03 may 2025 14:14
142

Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını "İsizu" markalı digər yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. "İsizu"nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.