Trabzonun (Türkiyə) Arsin rayonunda yüksək sürətlə hərəkət edən Azərbaycan dövlət nişanlı tır işıqforun qırmızı işığında dayanan sərnişin mikroavtobusuna çırpılıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, nəticədə mikroavtobus qarşısında dayanan yük maşını ilə tır arasında sıxılı vəziyyətdə qalıb.
Hadisə nəticəsində 15 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır