30 sentyabr 2025 15:03
431

Zelenski: Ukrayna Qərbdən hər ay 1 milyard dollar almaq istəyir

Ukrayna Qərb ölkələri ilə Kiyevə yardım tədarükünə dair razılaşma çərçivəsində hər ay 1 milyard dollar almaq istəyir.

“İki sahil” xəbər verir ki,  bu barədə Vladimir Zelenski Telegram kanalında bildirib.

“Məqsədimiz potensialını tam reallaşdırmaq üçün təşəbbüsün bir hissəsi kimi ayda 1 milyard dollar ayırmaqdır”, - , o, qeyd edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov Rusiya ilə bir günlük münaqişənin Kiyevə 172 milyon dollara başa gəldiyini bildirmişdi.