Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 316,573 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
İki ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.
Türkiyədən ən çox mal idxalını Almaniya 3 milyard 248,521 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Böyük Britaniya 2 milyard 244,15 milyon ABŞ dolları (8,3 % çox) və ABŞ 2 milyard 021,156 milyon ABŞ dolları (0,8 % çox) dəyərində həyata keçirib.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 174,958 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,4 % çoxdur.
Yanvar-fevral aylarında Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 36,157 milyard ABŞ dollarına, fevral ayında isə 2,9 % artaraq 18,556 milyard ABŞ dollarına çatıb.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir