İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergiödəyicilərinə müraciət edib.
DVX-dən bildirilib ki, martın 31-i aşağıdakı vergilərin ödənilməsinin son günüdür: xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi.
Qeyd olunan ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə əlavə faizlər hesablanır.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir