Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 156 min cüt ayaqqabı istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.
Bu ilin martın 1-nə ölkədə 136,4 min cüt hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,7 % azdır.
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib