2025-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 42,4 milyon ABŞ dolları təşkil edib.
“İki sahil”in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 8,4 milyon ABŞ dolları və ya 24,8% çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Böyük Britaniyanın payı 3,6% təşkil edib.
Həmçinin 2025-ci ildə Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 26,7 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 6% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Böyük Britaniyanın payı 5,3% təşkil edib.
2024-cü ildə Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,5 milyon ABŞ dolları, əks istiqamətdə isə 34 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir