Bu ilin yanvar-fevral aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 78 milyon 243 min ABŞ dolları təşkil edib.
“İki sahil”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % azdır.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. Belə ki, yanvar-fevral aylarında ABŞ-yə ixrac ümumi ixracın 0,4 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 2,4 %-ni təşkil edib.
İl ərzində Azərbaycanın ABŞ-yə ixracının dəyəri 55,7 % artaraq 15 milyon 988,16 min ABŞ dollar, bu ölkədən idxalının dəyəri isə 33,4 % azalaraq 62 milyon 255,51 min ABŞ dolları təşkil edib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir