Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 80,578 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
Təkcə fevralda Türkiyə Azərbaycana 43,749 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
İki ayda Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,2 % azalaraq 4,622 milyard ABŞ dollarına, fevralda isə 6,6 % azalaraq 2 milyard 322 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Niderland 283,711 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,1 % çox), Almaniya 227,505 milyon ABŞ dolları (+16,7 %) və İtaliya 220,699 milyon ABŞ dolları (-28,4 %) dəyərində həyata keçirib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir