Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 664,9 ton qaymaq və xama istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,8 % azalaraq 8 min 436,9 tona çatıb.
Martın 1-nə respublikada 1,2 ton qaymaq və xama, 41,7 ton isə pendir və kəsmik ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə müvafiq olaraq 12 dəfə çox və 2,9 dəfə azdır.
Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir