Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 30,043 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.
Təkcə fevralda Türkiyə Azərbaycana 16,38 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,4 % azdır.
İki ayda Türkiyənin maşın hissələri və komponentləri ixracının ümumi dəyəri illik müqayisədə 6,7 % artaraq 1 milyard 704,979 milyon ABŞ dollarına, fevralda isə 10,5 % artaraq 892,563 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 184,425 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14,6 % çox), ABŞ 124 milyon ABŞ dolları (+48 %) və İtaliya 85,03 milyon ABŞ dolları (+32,1 %) dəyərində həyata keçirib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir