Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 9 min 391,4 ton duru bitki yağları istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanda həmçinin 5 min 816,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 42,8 % azdır.
Martın 1-nə ölkədə 2 min 727,7 ton duru bitki yağı, 1 min 398,3 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 26,5 % və 4,1 dəfə azdır.
Hesabat dövründə Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7 % çoxdur.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir