Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 6,879 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 % azdır.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 3,725 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % azdır.
Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % azalaraq 1 milyard 489 milyon ABŞ dolları, fevralda isə 0,5 % artaraq 760 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox tekstil məhsulları idxalı İtaliya 129,893 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 0,5 % çox), İspaniya 93,505 milyon ABŞ dolları (+4,3 %) və ABŞ 89,892 milyon ABŞ dolları (+19,9 %) dəyərində həyata keçirib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir