Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 11,524 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 % azdır.
Təkcə fevralda Türkiyə Azərbaycana 6,929 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,8 % azdır.
Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % artaraq 6 milyard 604 milyon ABŞ dollarına, fevralda isə 19,1 % artaraq 3,544 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 1 milyard 033,855 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,1 % çox), Fransa 770 milyon ABŞ dolları (+19,7 %) və İtaliya 605,866 milyon ABŞ dolları (+23,8 %) dəyərində həyata keçirib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir